7 C
Baku
Thursday, December 12, 2024

Üç Aİ ölkəsi Rusiya neftinin qiymət tavanını $10 dollar azaltmağa çağırıb

Polşa, Latviya və Litvanın hakimiyyət orqanları hesab edirlər ki, Rusiyadan neftin bir barreli üçün 60 dollar səviyyəsində müəyyən edilmiş tavan qiymət həddi təxminən 10 dollar azaldılaraq 51.45 dollar/barel olmalıdır.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“Bloomberg”in məlumatına görə, Polşa, Latviya və Litva rəsmilərinin fikrincə, məhdudiyyətlərin yeni səviyyəsi neftin bazar qiymətlərindən 5% aşağı olacaq.

2022-ci il dekabrın 5-də Aİ və G7 ölkələri tərəfindən Rusiya neftinin bir barelinin qiymətinin 60 dollar səviyyəsində məhdudlaşdırılması ilə bağlı qərar qüvvəyə minib. Buna cavab olaraq Rusiya Prezidenti Vladimir Putin şəxsi icazəsi olmadan neft və neft məhsullarının endirimli qiymətə tədarükünü qadağan edib.

Martın 6-da Estoniyanın xarici işlər naziri Urmas Reinsalu Rusiyadan alınan neftin qiymət tavanını iki dəfə, yəni bir barel üçün 30 dollara endirməyə çağırıb.

Son xəbərlər
Digər xəbərlər