26 C
Baku
Saturday, July 27, 2024

Üç bank kreditlərin ödənilməsi şərtini açıqladı

Banker.az Axar.aza istinadən məlumat verir ki, bu sözləri  “Azərbaycan Beynəlxalq Bankı”nın mətbuat xidmətinin rəhbəri Rauf Ağayev deyib.

Onun sözlərinə görə, dollarla kredit götürən vətəndaş ödənişi dollarla, manatla götürənlər isə manatla edəcəklər:

“Bankdan kredit götürən vətəndaş kredit borcunu dolların ödəmə gününə olan məzənnəsinə uyğun ödəməli olacaq. Əgər həmin gün yarım qəpik belə fərq olarsa, onda bu, ödəniş məbləğinə də sirayət edəcək. Banklara manatla qoyulan əmanətlərə gəldikdə isə məsələn, bir illik müddətə qoyulan əmanətlərin faizləri hesablanacaq və əmanətlərin müddəti bitdikdə vətəndaş qoyduğu əmanəti və faizlərini götürə biləcək. Yəni vətəndaşın bankda 1000 manat əmanəti varsa, o, 1000 manatını və buna hesablanan faizlərini olduğu kimi götürə biləcək. Qeyd edim ki, əmanəti dollarla qoyubsa, onda dollarla da götürəcək. Bu, toxunulmazdır”.

Sözügedən məsələ ilə bağlı  “Parabank”ın Filialların idarə edilməsi və satış departamentinin direktoru Cəlal Nağıyev bildirib ki, kredit götürən vətəndaş kredit borcunu hansı valyuta ilə götürübsə, onunla da qaytarmalıdır:

“Yəni köhnə qayda ilə kredit götürən vətəndaş hazırda dolların kursu qalxdığından indi daha çox ödəməli olacaq. Bu proses kütləvi şəkildə narahatlığa səbəb olub və bu yöndə hələlik banklar da gözləmə mövqeyi tutur. Kompromisə getməyə və ortaq dil tapmağa çalışacağıq. “Parabank” olaraq vətəndaşlar üçün əlimizdən gələn qədər güzəştlər etməyə çalışacağıq. Dollarla depozitləri olan vətəndaşlara deyə bilmərik ki, əmanətlər köhnə kursla veriləcək. Əgər vətəndaşın bankdakı depoziti dollarla olsa, əlbəttə ki, o, bunun köhnə kursla qaytarılmasını istəməzdi. Çünki belə olduqda kurs çox aşağı olacaq. Vətəndaş banka pulunu dollarla qoyubsa, manatın kursu düşdüyündən o, istəyər ki, pulu dollarla qaytarılsın. Bu risk həmişə var. Banklarda manatla olan əmanətlərin tənzimlənməsinə gəldikdə isə qiymətlər dollara nisbətən qalxacaq. Bir-iki həftəyə hər şey daha aydın şəkildə məlum olacaq. Hər şey bu müddət ərzində dolların stabilləşib-stabilləşməyəcəyindən asılıdır. Bizim özümüz belə bu prosesdə nə qədər ziyana düşmüşük”.

“Unibank” dollarla krediti və manatla əmanəti olan vətəndaşların hazırkı vəziyyətə uyğun bu probleminə belə aydınlıq gətirib:

“Əgər vətəndaş əvvəl 100 dollar kredit ödəyirdisə, yenə eyni pulu ödəyəcək və bu, manatın kursu ilə 105 manat edir. Manatla olan kreditlərdə isə heç bir fərq yoxdur”.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,05 manat səviyyəsində müəyyən edilib.

Son xəbərlər
Digər xəbərlər

3 ŞƏRH

Comments are closed.