15 C
Baku
Tuesday, October 21, 2025

Üç diploma sahib 11 yaşlı dahi

Amerikalı Tanişk Abraam 11 yaşında kollecdən məzun oldu. O Sakramentoda American River College kollecində 3 kiçik mütəxəssis diplomunu qazandı. Bu 11 yaşlı dahi riyaziyyat, təbiət elmlərini və əcnəbi nitqi öyrənirdi.

Abraam-ın öz Twitter hesabında qeyd etdiyinə görə o özünü “mükəmməl” hiss edir. Belə ki, özünün böyük məqsədinə gedən yolda ilk addımlarını atmışdır. Əgər hər şey onun planı üzrə getsə Tanişk tədqiqatçı həkim, Nobel mükafatı laureatı və ABŞ prezidenti olmaq istəyir. Hazırda isə o bakalavr dərəcəsi almaq niyyətindədir.

Abraam 2014-cü ildə orta məktəbin yuxarı siniflərinin ən gənc məzunu olaraq məşhurluq qazanmışdı. Bu zaman o ABŞ prezidenti Barak Obamadan təbrik məktubu almışdı.

Tanişk Abraam Sakramento universitetində rəsmi olaraq 9 yaşı olduqda qəbul edilmişdi. Qeyd edək ki, onun 4 yaşı olduqda onu yüksək intellektə malik insanları birləşdirən təşkilata üzv seçmişdilər. Onun 7 yaşı olduqda, həm yaşıdları 1-ci sinifə yenicə başladıqda o bütün məktəb proqramını mənimsəmiş və imtahanları əla şəkildə vermişdi.

Son xəbərlər
Digər xəbərlər