7 C
Baku
Thursday, December 12, 2024

Üç dövlət şirkəti mənfəətlə işləyir, lakin dividend ödəməyəcəklər – Palatadan açıqlama

Azərbaycanda bəzi müəssisələrtərəfindən dövrün sonuna xalis mənfəətin əldə edilməsinə baxmayaraq dividend mədaxil mənbəyi üzrə 2023-cü ilin dövlət büdcəsinə daxilolma nəzərdə tutulmayıb.

Bu barədə Banker.az Hesablama Palatasının “2023-cü il dövlət büdcəsi haqqında” qanuna verdiyi şərhə istinad edir.

Hesablama Palatası bəzi şirkətlər dedikdə “Azerbaijan International Telecom” (AzInTelecom)” MMC, “Azərbaycan Sənaye Korporasiyası” ASC, “Azərlotoreya” ASC nəzərdə tutulut.

Eyni zamanda, ABBnin maliyyə fəaliyyətinin nəticələri üzrə hesabatın göstəricilərinin təhlili müvafiq müəssisədən dividend ödənişləri üzrə potensialın olduğunu göstərir.

“Ümumiyyətlə, Palata bu mənbə üzrə movcud potensialın daha effektiv istifadəsi və proqnozlaşdırılmış dividendlərin ödənməsində mümkün risklərin minimuma endirilməsi məqsədilə, səhmlərində dövlətin payı olan müəssisələrin idarəetmə orqanları (Müşahidə Şuraları, İdarə Heyətləri və s.) ilə birgə müvafiq təhlillərin aparılmasını məqsədəuyğun hesab edir”.

Son xəbərlər
Digər xəbərlər