Bu gün İqtisadi Zonaların İnkişafı Agentliyinin yaradılmasından 3 il ötür.
Banker.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” hesabında bildirib.
Bu müddət ərzində Agentliyin idarəçiliyində olan sənaye zonalarında investisiya həcmi ₼750 milyon olan 56 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, 17 müəssisə fəaliyyətə başlayıb, 1.336 daimi iş yeri yaradılıb. Bu dövrdə sənaye zonalarında ₼8.45 milyardlıq məhsul istehsal edilib ki, bunun da 35.7%-i (yəni ₼3.02 milyard) ixracın payına düşür.