22 C
Baku
Friday, April 19, 2024

Üç illik dövlət istiqrazlarının gəlirliliyi 8%-i keçib

27 fevral 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Maliyyə Nazirliyinin AZ0201070056 ISIN-li, 100 mln. manat həcmində, 1092 gün olan tədavül müddətli (3 illik) Kuponlu, Dövlət Ortamüddətli İstiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 29 investor tərəfindən qiymət intervalı 92.0821 (9.60%) manat və 97.3789 (7.4917%) manat olan 69 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 95.4852 (8.2289%) manat, orta ölçülmüş qiyməti isə 95.9710 (8.0381%) manat müəyyən edilmişdir. Sonuncu ayda 2024-cü ilin 30 yanvarında 3 illik DOİ-lərin gəlirliliyi 7.9% təşkil etmişdi.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 276,265,600 manat, yerləşdirilmiş həcmi isə 150,000,000 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 23 fevral 2027-ci ildir.

Hərrac iştirakçıları 28 fevral 2024-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Son xəbərlər
Digər xəbərlər