20 C
Baku
Monday, October 7, 2024

Üç illik dövlət istiqrazlarının gəlirliliyi son 4 ilin maksimumuna yüksəlib

1 oktyabr 2024-cü il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin üç illik (1092 gün) olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Banker.az-ın əldə etdiyi xəbərə görə, istiqrazların ortaçəkili gəlirliyi 10.2515% olmaqla 2020-ci ilin iyulundan bu tərəfə maksimum yeniləyib. Sonuncu dəfə həmin ilin oktyabrında orta gəlirlilik 11-12% arasında idi.

Dövlət istiqrazlarına olan tələbin təklifdən az olması səbəbindən adətən investorlara cəlbedici olmaq üçün faizlər yüksəldilir. Göründüyü kimi, emitent Maliyyə Nazirliyi 150 milyon manat vəsait cəlb etmək istəyirdi və təkliflərin aşağı olması səbəbindən cəmi 100.27 mln. manat cəlbi reallaşıb.

Qeyd edək ki, Maliyyə Nazirliyi dövlət istiqrazlarının gəlirliliyinin son illərdə yüksəlməsini pul bazarındakı likvidliklə əlaqələndirib.

İstiqrazların buraxılışı üzrə məlumatlar aşağıdakı kimidir:

Emitent Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
Dövlət istiqrazının növü Kuponlu, ortamüddətli dövlət istiqrazları
Dövlət qeydiyyat nömrəsi – İSİN AZ0201070262
İstiqrazların tədavül müddəti 1092  gün
Buraxılış həcmi 150,000,000 manat
Nominal dəyəri 100 manat
Minimal qiymət 85.6547 (13.4700%) manat
Maksimal qiymət 94.6362 (9.6000%) manat
Kəsmə qiyməti 92.2793 (10.5700%) manat
Ortaçəkili qiyməti 93.0449 (10.2515%) manat
Reallaşdırılmış həcmi 100,273,600 manat
Sifarişlərin Ümumi həcmi (nominal qiymətlə) 128,498,800 manat
İnvestor sayı 20
Sifarişlərin sayı 40
Ödəmə tarixi 28.09.2027
Anderrayter        “PAŞA Kapital İ.Ş.” QSC

 

Son xəbərlər
Digər xəbərlər