25 C
Baku
Saturday, September 14, 2024

Üç illik dövlət istiqrazlarının gəlirliliyi 18 ayın maksimumuna yüksəlib

27 avqust 2024-cü il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 1092 gün olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Banker.az BFB-yə istinadən xəbər verir ki, orta gəlirlilik 9.4618% olmaqla 2023-cü ilin fevralından bu tərəfə maksimuma yüksəlib.

İstiqrazların buraxılışı üzrə məlumatlar aşağıdakı kimidir:

Emitent Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
Dövlət istiqrazının növü Kuponlu, ortamüddətli dövlət istiqrazları
Dövlət qeydiyyat nömrəsi – İSİN AZ0201070221
İstiqrazların tədavül müddəti 1092 gün
Buraxılış həcmi 70,000,000 manat
Nominal dəyəri 100 manat
Minimal qiymət 88.9817 (11.9800%) manat
Maksimal qiymət 95.4100 (9.2880%) manat
Kəsmə qiyməti 94.9082 (9.4900%) manat
Ortaçəkili qiyməti 94.9781 (9.4618%) manat
Reallaşdırılmış həcmi 105,000,000 manat
Sifarişlərin Ümumi həcmi (nominal qiymətlə) 192,521,700 manat
İnvestor sayı 23
Sifarişlərin sayı 55
Ödəmə tarixi 24.08.2027
Anderrayter        “PAŞA Kapital İ.Ş.” QSC

Son xəbərlər
Digər xəbərlər