3 C
Baku
Saturday, December 14, 2024

Üç illik dövlət istiqrazlarının gəlirliliyi son bir ilin maksimumunda

23 iyul 2024-cü il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 1092 gün olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Banker.az xəbər verir ki, üç illik dövlət istiqrazlarının gəlirliliyi keçən hərracda – 25 iyunda 9.01% olduğu halda, 23 iyul hərracında 9.25%-ə yüksəlib. Qeyd edək ki, düz bir il öncə üç illik dövlət istiqrazlarının gəlirliliyi 9.45%-ə qədər yüksəlmişdi.

İstiqrazların buraxılışı üzrə məlumatlar aşağıdakı kimidir:

Emitent

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

Dövlət istiqrazının növü

Kuponlu, ortamüddətli dövlət istiqrazları

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ0201070189

İstiqrazların tədavül müddəti

1092  gün

Buraxılış həcmi

70,000,000 manat

Nominal dəyəri

100 manat

Minimal qiymət

91.4941 (10.90%) manat

Maksimal qiymət

96.2887 (8.9376%) manat

Kəsmə qiyməti

95.0330 (9.4396%) manat

Ortaçəkili qiyməti

95.4950 (9.2540%) manat

Reallaşdırılmış həcmi

70,000,000 manat

Sifarişlərin Ümumi həcmi (nominal qiymətlə)

114,467,900 manat

İnvestor sayı

18

Sifarişlərin sayı

40

Ödəmə tarixi

20.07.2027

Anderrayter

PAŞA Kapital İŞ QSC

Son xəbərlər
Digər xəbərlər