26 dekabr 2024-cü il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 3 illik (1092 gün) olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Banker.az xəbər verir ki, bu barədə BFB-dən bildirilir.
İstiqrazların maksimal gəlirliyi 12 faiz, minimumu 10.5 faiz olsa da, ortalama 10.6 faiz olub.
İstiqrazların buraxılışı üzrə məlumatlar aşağıdakı kimidir:
| Emitent | Azərbaycan Respublikasının Maliyyə Nazirliyi | 
| Dövlət istiqrazının növü | Kuponlu, ortamüddətli dövlət istiqrazları | 
| Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ0201070437 | 
| İstiqrazların tədavül müddəti | 1092 gün | 
| Buraxılış həcmi | 50,000,000 manat | 
| Nominal dəyəri | 100 manat | 
| Minimal qiymət | 92.6294 (11.9977%) manat | 
| Maksimal qiymət | 96.2234 (10.5000%) manat | 
| Kəsmə qiyməti | 95.0044 (11.0000%) manat | 
| Ortaçəkili qiyməti | 95.8620 (10.6474%) manat | 
| Reallaşdırılmış həcmi | 32,337,400 manat | 
| Sifarişlərin Ümumi həcmi (nominal qiymətlə) | 34,522,800 manat | 
| İnvestor sayı | 10 | 
| Sifarişlərin sayı | 16 | 
| Ödəmə tarixi | 23.12.2027 | 
| Anderrayter | “PAŞA Kapital İ.Ş.” QSC | 

 
                                    





