Üç illik dövlət istiqrazlarının gəlirliliyi son hərracda azalıb

26 dekabr 2024-cü il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 3 illik (1092 gün) olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Banker.az xəbər verir ki, bu barədə BFB-dən bildirilir.

İstiqrazların maksimal gəlirliyi 12 faiz, minimumu 10.5 faiz olsa da, ortalama 10.6 faiz olub.

İstiqrazların buraxılışı üzrə məlumatlar aşağıdakı kimidir:

Emitent Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
Dövlət istiqrazının növü Kuponlu, ortamüddətli dövlət istiqrazları
Dövlət qeydiyyat nömrəsi – İSİN AZ0201070437
İstiqrazların tədavül müddəti 1092 gün
Buraxılış həcmi 50,000,000 manat
Nominal dəyəri 100 manat
Minimal qiymət 92.6294 (11.9977%) manat
Maksimal qiymət 96.2234 (10.5000%) manat
Kəsmə qiyməti 95.0044 (11.0000%) manat
Ortaçəkili qiyməti 95.8620 (10.6474%) manat
Reallaşdırılmış həcmi 32,337,400 manat
Sifarişlərin Ümumi həcmi (nominal qiymətlə) 34,522,800 manat
İnvestor sayı 10
Sifarişlərin sayı 16
Ödəmə tarixi 23.12.2027
Anderrayter        “PAŞA Kapital İ.Ş.” QSC

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər