30 aprel 2024-cü il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin (AZ0201070114 ISIN) 120 mln. manat həcmində, 3 illik dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
Bu barədə Banker.az-a BFB-dən bildirilir.
Hərrac zamanı 20 investor tərəfindən qiymət intervalı 92.9609 (9.24%) manat və 96.7791 (7.7233%) manat olan 49 sifariş təqdim edildiyi bildirilir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.8006(8.8999%) manat, orta ölçülmüş qiyməti isə 94.8028 (8.4989%) manat müəyyən edilib. Öncəki hərracda 8.04% idi.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 111.39 milyon manat, yerləşdirilmiş həcmi isə 81.88 mln. manat təşkil etmişdir.
İstiqrazların ödəmə tarixi 27.04.2027-ci ildir.
Hərrac iştirakçıları 1 may 2024-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda MaN tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.