16 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin kuponlu, üç illik dövlət ortamüddətli istiqrazları (DOİ) üzrə növbəti hərrac keçirilib və hərracın nəticələrinə görə, istiqrazların ortaçəkili gəlirliliyi 7.2485% təşkil edib.
Banker.az (İnvestisiya) xəbər verir ki, bu göstərici əvvəlki analoji hərracda qeydə alınmış 7.7239% səviyyəsi ilə müqayisədə 0.4754 faiz bəndi azdır. Bununla da dövlət borc alətlərinə tələbin artdığını və bazarda gəlirliliyi aşağı doğru sıxması deməkdir.
Hazırkı 7.25% səviyyəsi 2023-cü ilin dekabrından bu tərəfə minimal səviyyədir.
Hərrac çərçivəsində nominal dəyəri 100 manat olan istiqrazlar üzrə kəsmə qiyməti 100.9107 manat (7.7000%) səviyyəsində formalaşıb. Ortaçəkili qiymət isə 102.1048 manat olub. Buraxılışın planlaşdırılan həcmi 60 mln manat olsa da, reallaşdırılmış həcm 78.7071 mln manat təşkil edib.
Ümumilikdə hərracda 12 investor tərəfindən 33 sifariş təqdim olunub və sifarişlərin nominal üzrə ümumi həcmi 135.7384 mln manat olub. İstiqrazların ödəniş tarixi 7 oktyabr 2028-ci ildir. Hərracın anderrayteri “PAŞA Kapital İ.Ş.” QSC olub.
Qeyd: orta gəlirliliyin azalması dövlət istiqrazlarına olan marağın gücləndiyini və bazarda likvidliyin nisbətən yüksək olduğunu göstərən əsas göstəricilərdən biri hesab olunur.









