Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təşkil edilən depozit hərracının nəticələrinə əsasən, xəzinə hesabının 300 milyon manat həcmində qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankından təklif təqdim edən iki bankında 28 gün müddətinə, 7% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.
Banker.az bunu Nazirliyə istinadən xəbər verir.
Oktyabrın 17-də xəzinə hesabının 600 milyon manat həcmində qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankından təklif təqdim edən üç bankında 28 gün müddətinə, 7% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.


 
                                    





