Üç müəssisənin hər birində 30 faizlik pay satışa çıxarıldı – Siyahı

Banker.az xəbər verir ki, sifarişlərin qəbulu 2026-ci il 20-24 aprel tarixlərində saat 9.00-dan 18.00-dək Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında yerləşən Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında aparılacaq.

Hərracda iştirak etmək istəyən vətəndaşlardan aşağıdakılar tələb olunur:

“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq İnvestisiya şirkətlərində depo hesabın açılması (investisiya şirkəti tərəfindən verilmiş arayış).

Fiziki şəxs üçün tələb edilən sənədlər:
1. Şəxsiyyət vəsiqəsi
2. Vəkil edilmiş şəxsin notarial qaydada təsdiq edilmiş etibarnaməsi və şəxsiyyət vəsiqəsi
Hüquqi şəxs üçün tələb edilən sənədlər:
1. Müəssisənin nizamnaməsi
2. Qeydiyyat şəhadətnaməsi
3. VÖEN şəhadətnaməsi
4. Təsisçilərin qərarı
5. Təsisçinin şəxsiyyət vəsiqəsinin surəti
6. Vəkil edilmiş şəxsin etibarnaməsi
7. Vəkil edilmiş şəxsin şəxsiyyət vəsiqəsi
8. Möhür
Sənədlər notariusda tesdiqlənməlidir.

Sıra №-si Səhmdar cəmiyyətin adı,
təsis tarixi və
sərəncamın №-si
Ünvanı Nizamnamə
kapitalının
həcmi
(manat)
Buraxılan
səhmlərin
ümumi sayı
(ədəd)
Bir səhmin
nominal
dəyəri
(manat)
İxtisaslaşdırılmış pul hərracına çıxarılan səhmlər
Sayı
(ədəd)
Nizamnamə
kapitalında
%-lə
1 Lerik Kəndkimya №1178 15.12.1997 Lerik rayonu, Bilnə kəndi 65 807.20 32 903 2.0 9871 30.00
2 Yevlax Kəndnəqliyyat №833 13.10.1997 Yevlax şəhəri, Nizami küçəsi, 37 225900.60 112 950 2.0 33906 30.02
3 Əli Bayramlı Konserv №761 22.09.1997 Şirvan şəhəri,Cənub sənaye rayonu 837777.60 418 889 2.0 125683 30.00

Son xəbərlər
Digər xəbərlər