Bakı-Şəki, Gəncə-Lənkəran və Gəncə-Mingəçevir şəhərlərarası avtobus marşrutları üzrə qaliblər müəyyən edilib.
Banker.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
– Bakı-Şəki marşrutu üzrə “Xan Sarayı” MMC;
– Gəncə-Lənkəran marşrutu üzrə “Min.Avtotrans” MMC;
– Gəncə-Mingəçevir marşrutu üzrə “Gəncə-ekspress” ASC qalib elan olunub.
Yeni operatorlar sərnişinlərə daha rahat və təhlükəsiz səfər imkanı təqdim edəcək.