17 C
Baku
Cümə, May 20, 2022

Üç NATO ölkəsi Ukraynaya 70 təyyarə verəcək

Bolqarıstan, Polşa və Slovakiya Ukraynaya Polşa aerodromlarında yerləşdiriləcək 70 hərbi təyyarə verəcək.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“Ukrayna ordusu üçün 70 təyyarə! Tərəfdaşlarımız bizə MiQ-29 və Su-25 təyyarəsi verir! Lazım gələrsə, Polşa aerodromlarından istifadə etməklə ukraynalı pilotlar döyüş tapşırıqlarını yerinə yetirəcəklər”, – məlumatda deyilir.

Bildirilib ki, Bolqarıstan Ukraynaya 16 ədəd MiQ-29 qırıcısı və 14 ədəd Su-25 hücum təyyarəsi, Polşa 28 ədəd MiQ-29, Slovakiya isə 12 ədəd MiQ-29 qırıcısı verəcək.

Qeyd edək ki, Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Josep Borrel bildirib ki, qurumun xarici işlər nazirləri Ukraynaya 450 milyon avro dəyərində öldürücü silahlar verməyə razılaşıblar. Bundan əlavə Borrell Aİ-nin Ukraynaya hərbi təyyarələr tədarük edəcəyini bildirib.

Son xəbərlər
Oxşar xəbərlər