35 C
Baku
Tuesday, June 18, 2024

Üç ölkə Ukrayna taxılına dair AK-nın platformasında iştirakdan imtina etdi

Polşa , Slovakiya və Macarıstan Avropa Komissiyasının (AK) taxıl tədarükü məsələləri üzrə koordinasiya platformasında iştirak etməmək qərarına gəliblər.

Bu barədə Polşanın PAP agentliyi Brüsseldəki mənbələrə istinadən  məlumat yayıb .

Materialda qeyd olunur ki, bu ölkələrin hökumətləri Kiyevdən gələn təhdidlərə görə bu qərarı veriblər . Xüsusilə, söhbət Ukrayna hakimiyyətinin qonşu dövlətlərin taxıl embarqosunun müddətinin uzadılması ilə bağlı Ümumdünya Ticarət Təşkilatına (ÜTT) müraciət etmək niyyətindən gedir.

“Polşa, Macarıstan və Slovakiya ehtiyatlı davranaraq platformadan çıxırlar”, – yazıda deyilir.

Agentliyin məlumatına görə, Avropa dövlətləri koordinasiya platformasının işi çərçivəsində hər hansı məlumatı Ukrayna ilə bölüşməkdən çəkinirlər. Budapeşt , Varşava və Bratislava istisna etmirlər ki, Kiyev ÜTT-dəki proseslər zamanı əldə etdiyi məlumatlardan istifadə edə bilər.

Eyni zamanda, platformanın işində ilkin olaraq AK və daha altı ölkənin nümayəndələri iştirak ediblər. Bunlara Ukrayna, Rumıniya , Bolqarıstan , Polşa, Slovakiya və Macarıstan daxildir.

Sentyabrın 15-də Avropa Komissiyası Ukraynanın kənd təsərrüfatı məhsullarının regional birlik ölkələrinə ixracına qoyulan qadağanı aradan qaldırmaq barədə qərar qəbul edib . Eyni zamanda, Kiyev hakimiyyəti üç gün ərzində xaricə taxıl ixracına nəzarəti nəzərdə tutan fəaliyyət planı hazırlamağa söz verib.

Lakin hadisələrin bu inkişafı Polşaya yaraşmadı və o, müstəqil olaraq Ukrayna taxılına embarqonu uzatdı . Daha sonra Slovakiya və Macarıstan da eyni addımı atdılar.

Son xəbərlər
 ⁠
Digər xəbərlər