-3 C
Baku
Sunday, December 15, 2024

Üç ölkə Azərbaycanla ikitərəfli sığorta sazişi imzalamayıb

İsrail, Rusiya və Belarus “Yaşıl Kart” beynəlxalq sığorta sistemi çərçivəsində Azərbaycanla ikitərəfli sazişi hələ də imzalamayıb. Məlumata görə, Azərbaycanla bu müqaviləni imzalayan sonuncu ölkə İngiltərə olub.

Ümumilikdə, Azərbaycan “Yaşıl Kart” sığortası çərçivəsində 43 ölkə ilə ikitərəfli saziş imzalayıb.

Qeyd edək ki, Azərbaycan tərəfi ötən ilin dekabrın 7-də tələb olunan sənədləri imzalayaraq “Yaşıl Kart” sisteminin Bürolar Şurasına və tərəfdaş ölkələrdə yerləşən bürolara göndərib.

Əlavə edək ki, “Yaşıl Kart” sistemində ümumilikdə 48 ölkə üzrə 47 büro fəaliyyət göstərir ki, Lixtenşteyn və İsveçrə bir bürodan sistemə qoşulub.

Report

Son xəbərlər
Digər xəbərlər