-1 C
Baku
Sunday, December 15, 2024

Üç ölkədə koronavirusun yeni təhlükəli ştamı aşkar edilib

Böyük Britaniya alimləri “delta”dan daha təhlükəli ola biləcək yeni koronavirus ştamı barədə xəbərdarlıq ediblər.

Banker.az xəbər verir ki, koronavirusun bu variantının 32 mutasiyası olduğu müəyyən edilib. Onların böyük hissəsi insandan insana daha tez ötürülür. Genetik Fransua Ballunun sözlərinə görə, bu ştam anticisimlərdən “delta”dan da yaxşı “qaçır”.

Alim Tom Pikok qeyd edir ki, yeni variantda mutasiyaların birləşməsi “dəhşətli”dir. İndiyədək bu ştama on nəfər yoluxub. Yoluxma halları Bostvana, Cənubi Afrika və Honkonqda qeydə alınıb.

Xatırladaq ki, hələki “delta” ştamı koronavirusun mutasiyaları arasında ən geniş yayılmışıdır. Harvard Universitetinin alimləri bu virusun variantlarının pandemiyanın daha şiddətli dalğasına səbəb ola biləcəyi barədə bəyanat yayıblar.

Son xəbərlər
Digər xəbərlər