24 C
Baku
Monday, April 29, 2024

Üç ölkənin XİN rəhbəri Ukraynaya gedib

Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq və onun slovakiyalı və çexiyalı həmkarları İvan Korçok və Yan Lipavskiy Ukraynanın paytaxtı Kiyevə səfər ediblər.

Bu barədə məlumatı “Ukraina 24” telekanalı yayıb.

XİN rəhbərləri Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski, eləcə də ölkənin Baş naziri Denis Şmıqal və XİN rəhbəri Dmitri Kuleba ilə görüşəcəklər.

Məlumata görə, nazirlərin Kiyevə səfəri əvvəlcədən elan olunmayıb.

Qeyd edək ki, Şallenberq, Korçok və Lipavskiy fevralın əvvəlində Luqansk vilayətinin Ukraynanın nəzarəti altında olan hissəsinə səfər ediblər. Bu səfərdə nazirləri Dmitri Kuleba müşayiət etmişdi.

MənbəQafqazinfo
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər