10 C
Baku
Friday, December 13, 2024

Üç qardaşın Azərbaycanda “çay keyfi” – Bizneslərindən ₼4.8 milyonluq dividend

Azərbaycanda “Beta”, “Champion” və “Xəzər” çaylarının istehsalçısı “Best-Tarm” QSC səhmdarları olan üç qardaşa son illərdə ödədiyi dividendlərin həcmini açıqlayıb.

Banker.az xəbər verir ki, “Best-Tarm” QSC 2021 və 2022-ci ilin nəticələrinə əsasən müəyyən olunmuş xalis mənfəətdən təsisçilərə 4.78 manat divident ödəyib.

Şirkətin səhmdarları türkiyə vətəndaşları olan üç qardaş Ekrem Uğur Ali oğlu (33.33%), Beşir Uğur Ali oğlu (33.33%) və Celal Uğur Ali oğlu (33.34%) adlı şəxslərdir.

Qeyd edək ki, şirkət 2021-ci ildə 11.26 milyon manat və 2022-ci ildə isə 17.1 milyon manat xalis mənfəət əldə edib. Bununla belə, şirkətin balansında 6.01 milyon bölüşdürülməmiş kapital vardır.

 

Son xəbərlər
Digər xəbərlər