9 C
Baku
Saturday, December 28, 2024

Üç qayda, həftədə cəmi beş saat: Bill Qeyts və İlon Maska iş prosesində kömək edən qaydalar

Biliklərin mükəmməl mənimsənilməsi üçün lazım olan müddət uzunluğu hər bir sahə üçün fərqlidir. Amma həm bankirə, həm metallurqa yüksəlməyə kömək edəcək tək bir qayda var – “həftədə beş saat”.

Biznes liderlər hər zaman irəlidə olmağa və digərləri geridə qoymağa kömək edən nədir? “Business Insider” in müəllifi Maykl Simmons Uorren Baffet və Bill Qeyts kimi görkəmli adamların hər gün istifadə etdiyi prinsipdən bəhs edir.

O, dünyanın ən zəngin və ən görkəmli insanlarının həyatını tədqiq edərək, onların gün ərzində ən azı bir saat (həftədə 5 saat) yeni bilikləri öyrənməyə və ya təcrübə əldə etməyə kömək edən məşğuliyyətlərə ayırırlar. Mən buna “5 saat qaydası” deyirəm.

Bununla yanaşı, “5 saat qaydası” çərçivəsində göstərilmiş səyləri adətən oxumaq, düşünmək və təcrübə aparmaq kimi üç ünsürə bölürlər.

1. Oxumaq

Deyildiyi kimi, HRB məqaləsində deyilir: “Nike şirkətinin qurucusu Phil Knight kitabxanasını o qədər çox sevir ki, oraya girmək üçün siz ayaqqabınızı çıxarıb baş əyməlisiniz”.

Oprah Winfrey hesab edir ki, onun əldə etdiyi uğurların sirri kitablardır: “Kitablar mənim şəxsi azadlığımın buraxılış vəsiqəsi idi”. Qeyd edək ki, Oprah Winfrey-in özünün kitab klubu vardır, onun köməyi ilə sahibkar oxu vərdişini bütün dünyaya tanıda bilmişdir.

2. Düşünmə

“AOL” şirkətinin baş direktoru Tim Armstrong, komandasını həftənin dörd saatını düşünmə prosesinə ayırmağa məcbur edir. Cek Dorsi gəzintiyə çıxmağı çox sevir. “LinkedIn” nin qurucusu Ceff Veyner hər gün düşünməyə iki saat vaxt ayırır. “O2E Brands” ın qurucusu Brayan Skudamor həftənin 10 saatını sadəcə düşünərək keçirir.

Sahibkar və milyarder Sara Brekli təcrübəli jurnalistdir. Müsahibələrin birində o başına gələ ən dəhşətli hadisələri xüsusi dəftərə qeyd etdiyini söyləmişdir, hal-hazırda bu dəftərlərin sayı 20-dən çoxdur.

3. Təcrübə

Həyatı boyu Ben Franklin həmfikir insanlarla işlənib hazırlanan təcrübələrə və fəzilətlərinin izlənilməsinə vaxt ayırıb. “Google” şirkəti işçilərinə iş vaxtının 20%-ni yeni layihələrlə təcrübələrin keçirilməsinə sərf etməyə icazə verir. “Facebook” təcrübələri Hack-A-Months vasitəsilə təşviq edir.

Bəlkə də təcrübələrin keçirilməsində ən parlaq nümunə Tomas Edisondur. O, dahi olsa da, yeni ixtiralara qarşı çox həssas idi. Edison bütün mümkün həlləri təyin edirdi, sonra sistematik olaraq hər birini sınaqdan keçirirdi. Onun bioqraflarından birinin dediyinə görə, “Tomas Edison dövrünün nəzəriyyələrini başa düşsə də, naməlum problemləri həll etməkdə onları faydasız hesab edib”.

Nikola Tesla bu yanaşma haqqında belə deyib: “Tomas Edison samanlığın içində itirdiyi iynəni tapmaq məcburiyyətində olsaydı, düşünmədən yeri qarış-qarış gəzib tapardı”.

Tədqiqatlarının nəticələrini yekunlaşdıran Simmons bəyan edir: “Bütün həyatı boyu nəyisə öyrənmək çox yaxşıdır” düşüncəsindən çıxmağın və uğurlu karyera qurmaq üçün orta hesabla insanın təhsilə nə qədər vaxt ayırmalı olduğu haqqında düşünməyin vaxtıdır”.

Məsələn, sağlam həyat tərzi üçün hər gün qəbul etməli olduğumuz vitamin və ya fiziki hərəkət normaları var. Eyni şəkildə iqtisadi sağlamlıq üçün məqsədyönlü öyrənmə prosesinin dozası müəyyən etmək olar.

Son xəbərlər
Digər xəbərlər