2 C
Baku
Sunday, December 15, 2024

Üç rayonun polis rəisləri dəyişdirildi

Azərbaycanda bir neçə rayonun polis rəisi dəyişdirilib.

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlərə əsasən, Goranboy Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki R.Qədirov tutduğu vəzifədən azad edilərək Sabirabad Rayon Polis Şöbəsinin rəisi, Hacıqabul Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki M.Hüseynov vəzifəsindən azad edilərək Goranboy Rayon Polis Şöbəsinin rəisi, Ağsu Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki F.Abbasov vəzifəsindən azad edilərək Qəbələ Rayon Polis Şöbəsinin rəisi vəzifələrinə təyin ediliblər.

DİN-in Mətbuat Xidmətindən məlumatı təsdiqləyiblər.

Son xəbərlər
Digər xəbərlər