10 C
Baku
Wednesday, December 11, 2024

“Legion Financial” 500 min manatlıq borc yığır – İllik 15% ödənişlə

Azərbaycanda minik avtomobillərinin maliyyə lizinq xidmətini həyata keçirən şirkət “Legion Financial” Məhdud Məsuliyyətli Cəmiyyəti istiqraz buraxır.

Banker.az bu barədə şirkətin emisya prospektinə istinad edir.

Bildirilir ki, “Legion Financial” MMC ümumi 500 ədəd və hər birinin nominal dəyəri 1000 manat olan istiqraz buraxacaq.

Bu istiqrazları 5 il (1800 təqvim günü) müddətinə və 15% gəlirlilik təklifi ilə təqdim edəcək.

Lizinq şirkəti 2020-ci ildə təsis edilib və hazırda 1 780 100 manat nizamnamə kapitalına sahibdir.

Bu biznes 2021-ci ili 16 591 manat və 2022-ci ili isə 282,725 manat mənfəətlə bitirib.

Son xəbərlər
Digər xəbərlər