Üç şəxs “BOS Şelf” MMC-nin (BOS Shelf) rəhbərliyindəki vəzifəsindən ayrılıb.
Banker.az xəbər verir ki, Riçard Maki Əməliyyatlar üzrə Direktor, Emin Əliyev Satınalma və Təchizat üzrə Baş Menecer və Styuart MakDonald isə Hüquqi Məsələlər Baş Menecer vəzifəsindən ayrılıblar.
Şirkətin rəsmi internet səhifəsində onların yerinə hər hansısa təyinatla bağlı məlumat yerləşdirilmir.
Hazırda şirkətin rəhbərliyinin strukturu belədir:
-
- Nazim Hüseynov
Baş Direktor - Robert Makyuen
Əməliyyatlar üzrə Baş Menecer - Qalib Həsənov
İnsan Resursları və Təşkilati Məsələlər üzrə Baş Menecer - Dominik Rusa
Kommersiya üzrə Baş Menecer - Kristof Marin
Mühəndislik üzrə Baş Menecer
- Nazim Hüseynov
“BOS Şelf” MMC 2001-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və “Star Gulf FZCO” tərəfindən təsis edilmişdir, 2000 manat nizamnamə kapitalı var. Hazırda 90% səhm payı SOCAR-a məxsusdur. “BOS Şelf” dəniz neft və qaz yataqlarının işlənilməsi üçün dəniz platformalarının və dərin dəniz özüllərinin quraşdırılması üzrə ixtisaslaşan və Azərbaycanın neft və qaz sektorunda aparıcı yer tutan şirkətlərdən biridir.