“Vivo” quraşdırılmış drona sahib olan smartfon yaradıb. Banker.az xəbər verir ki, bu barədə Hollandiyanın “LetsGoDigital” nəşri məlumat verib.
Patent Ümumdünya Əqli Mülkiyyət Təşkilatına (ÜƏMT) dekabr ayında təqdim edilsə də, müraciət hələ iyul ayında dərc edilib. Sənədə görə, smartfonun aşağı hissəsinə kompakt dron quraşdırılıb. Cihaz dörd propeller, bir akkumulyator, iki kamera və üç infraqırmızı sensordan ibarətdir. Kvadrakopter məlumatları Wi-Fi və Bluetooth vasitəsilə telefona ötürür.
Patentdə deyilir ki, bu cihaz yüksəklikdən foto və video çəkmək üçün nəzərdə tutulub. İstifadəçinin kvadrakopteri çöldə buraxacağı və havadan fotoşəkillər çəkmək üçün istifadə edəcəyi ehtimal olunur.
Jurnalistlər bu cür ixtiraya şübhə ilə yanaşırlar. Mütəxəssislərin fikrincə, kvadrakopter çox kiçik ölçülərə sahibdir, bu səbəbdən yalnız aşağı hündürlükdə və külək olmadığı şəraitdə istifadə edilə bilər. Bununla yanaşı, “Vivo”nun bu cihazı inkişaf etdirib-etdirməyəcəyi məlum deyil.