Unibank müştəriləri ölkədaxili bütün banklara komissiyasız köçürmə edə biləcəklər.
Banker.az xəbər verir ki, artıq müştərilər UCard ilə ölkədaxili istənilən bank kartına ay ərzində şəxsi vəsaitlərindən 2000 AZN-dək(xarici valyutalarda isə bu məbləğin ekvivalenti) komissiyasız köçürmə edə biləcəklər.
2000 AZN-dən yuxarı köçürmə üçün – 1% (min. 1 AZN / USD / EUR) komissiya haqqı tutulacaq.
Qeyd edək ki, bu qayda həmçinin UCard-ın kredit xəttinə də aid edilir (kredit xəttinə tətbiq olunan xüsusi komissiya qaydası qüvvədə qalır).