10 C
Baku
Friday, December 13, 2024

Üçbucaq fiquru – texniki analiz

Üçbucaq fiquru texniki analizdə ən vacib qrafiki modellərdən biridir.

Üçbucaq fiqurlarının adətən üç növü fərqləndirilir:

  • yüksələn üçbucaq
  • aşağı enən üçbucaq
  • simmetrik üçbucaq

Yüksələn üçbucaq fiquru olduqda üçbucağın yuxarı tərəfi – horizontal (üfüqi) müqavimət xəttidir, üçbucağın aşağ tərəti isə yuxarı doğru istiqamətlənib.

Belə qəbul olunub ki, yüksələn üçbucaq fiqurunun formalaşması, bir qayda olaraq, onun yuxarı sərhəddinin qırılması ilə nəticələnir.

Yüksələn üçbucaq fiquru

vt

Enən üçbucaq fiquru olduqda isə, üçbucağın aşağı tərəfi horizontal (üfüqi) dəstək xəttdir. Üçbucağın yuxarı tərəfi isə aşağıya istiqamətlənib.

Belə qəbul olunub ki, enən üçbucaq fiqurunun formalaşması, bir qayda olaraq, onun aşağı sərhəddinin qırılması ilə nəticələnir.

Enən üçbucaq fiquru

nt

Simmetrik üçbucaq fiquru bir-birinə simmetrik olan iki xəttin kəsişməsi nəticəsində yaranır. Adətən bu tip üçbucağa daha çox rast gəlmək mümkün olur.

Belə qəbul olunub ki, simmetrik üçbucaq fiqurunun formalaşması, bir qayda olaraq, üçbucağın formalaşmasından öncə mövcud olan trend istiqamətində qırılma ilə nəticələnir

Simmetrik üçbucaq fiquru

st

Eyni zamanda unutmaq olmaz ki, üçbucağın qırlması istiqaməti əhəmiyyətinə görə onun tipindən daha vacibdir.

Son xəbərlər
Digər xəbərlər