Yeni ildən etibarən Mərkəzi Bankın uçot dərəcəsini yenidən artıracağı ehtimalları güclənib. Ekspertlər hesab edirlər ki, növbəti dəfə uçot dərəcəsi 18-20%-ə kimi artırıla bilər. Bəs uçot dərəcəsinin artırılmasının hansı təsirləri ola bilər?
İqtisadçı-ekspert Elman Sadıqov bildirib ki, 2017-ci ildə pul kütləsinin sterilizasiyası zərurəti yarandıqda, bu məqsədlə uçot dərəcəsinin artırılması Mərkəzi Bankın diqqət mərkəzində olacaq.
“Pul kütləsinin vəziyyətindən aslı olaraq, yəni inflyasiya təzyiqi artarsa, manata olan təzyiq nəzərdə tutulduğundan daha çox olarsa Mərkəzi Bank yenidən bu addımı ata bilər.Uçot dərəcəsinin neçə faizə çatırılması isə ötən ilin statistik məlumatlarından və mövcud vəziyyətdən aslı olacaq”.