11 C
Baku
Saturday, November 16, 2024

Uçot dərəcəsinin artırılması əmlak bazarına necə təsir edəcək?

Ekspert Rəşad Əliyev Mərkəzi Bankın uçot dərəcəsini qaldırılmasından əmlak bazarına təsirindən söz açıb.

Milli valyutalarının məzənnəsi müəyyən dərəcədə dayanıqlı olan inkişaf etmiş iqtisadiyyatlarda Mərkəzi Banklar tərəfindən uçot dərəcəsinin artırılması daşınmaz əmlak bazarına təsirsiz keçmir. Çünki faiz dərəcəsinin artırılması elə ölkələrdə ipoteka kreditləri üzrə faizlərin artımına, daşınmaz əmlaka investisiyalar üçün nəzərdə tutulan kredit resurslarının bahalaşmasına səbəb olur ki, bunlarda təlabata təsir edir. Əlavə olaraq digər maliyyə alətləri üzrə (məsələn istiqrazlar, əmanətlər) gəlirliyin artmasıda onların daşınmaz əmlaklara nisbətən daha cəledici edir. Eyni zamanda nəzərə almaq lazımdır ki, faiz dərəcələrinin artımı inflyasiya ilə mübarizəyə yönəlir ki, buda bir sıra aktivlərin dəyərinin sürətlə artımının qarşısını alır. Demək olmaz ki, faiz dərəcələrinin artımı daşınmaz əmlak bazarına mənfi təsir edir. Bu addım daşınmaz əmlak bazarında “köpüyün” yaranmasının tam olmasada nisbi olaraq qarşısını alır. Faiz dərəcələrinin azaldılması isə əksinə olaraq həmişə daşınmaz əmlak bazarıncanlanma yaradır. Bu yanaşma bütün normal inkişaf səviyyəsinə çatmış dayanıqlı iqtisadiyyatlara aiddir. Çünki həmin ölkələrdə iqtisadi artım və inflyasiya bir qayda olaraq eyni istiqamətdə addımlayırlar. Sözsüz bu hallara müəyyən dövrlərdə baş verən iqtisadi şoklar aid deyil.

Ölkəmizin Mərkəzi Bankı tərəfindən uçot dərəcəsinin 5%-ə qaldırılması daşınmaz əmlak bazarına necə təsir edəcək? Diqqət mərkəzinə düşən ilk məsələ bunun ipoteka kreditlərinin faizlərinə təsiridir. Qeyd edək ki, əvvəllər güzəştli ipoteka kreditləri dövlət büdcəsindən maliyyələşdirildiyi üçün onlar üzrə faizlər üçot dərəcəsindən az asılı olurdu. Ancaq adi ipoteka kreditləri üzrə (hazırda 8%) faizlərin üçot dərəcələri ilə birbaşa olmasada dolayı əlaqəsi var idi. Çünki İpoteka Fondu müəyyən dövrlərdə borc istiqrazları vasitəsilə bazardan orta hesabla 3%-dən pul cəlb edə bilirdi. Üçot dərəcələrinin artırılması artıq İpoteka Fonduna ucuz pul vəsaitlərini cəlb etməsinə maneə yaradacaq. Bu isə adi ipoteka kreditləri üzrə faiz dərəcəsinin 8%-dən əhəmiyyətli dərəcədə aşağı salınmasına imkan verməyəcək, yəni hər halda artıq məlumdur ki, bu faizlər 5-6%-dən aşağı düşməyəcək. Ancaq onu da qeyd edək ki, uçot dərəcəsinin artırılması adi ipoteka kreditləri üzrə faiz dərəcələrinin artımına səbəb olmamalıdır. Digər mühüm məsələ isə tikinti sektoruna yönəldilən kreditlərin faiz dərəcəsinə təsiridir. Burdada biz əhəmiyyətli dəyişiklik gözləmirik, çünki MB-nin üçot dərəcəsinin faizi ilə kommersiya kreditlərinin faizi arasında fərq kifayət qədər böyükdür. Ancaq banklar tərəfindən verilən ipoteka kreditləri üzrə məsələ isə qeyri-müəyyən olacaq.
MB-nin qərarından başa düşmək olar ki, atılmış addım manatın dayanıqlığının artırılmasına və qiymət sabitliyinin qorunmasına xidmət edir. Bir sözlə desək bu manatın və ona bağlı olan digər aktivlərin (manat istiqrazları, depozitləri və s.) aktiv kimi cəlbediciliyinin artmasına xidmət edir. Bu isə onları təkcə valyuta aktivlərinə yox, eyni zamanda daşınmaz əmlaka nisbətəndə cəlbediciliyini artırmalıdır. Ancaq bütün bunlar hələ ki gözləntilərdir və təcrübədə necə olacağını zaman göstərəcək. Ancaq görünən odur ki, daşınmaz əmlak bazarındakı mövcud trend yolunu davam etdirəcək.

Rəşad Əliyev
Value and Sources Konsaltinq şirkəti

Son xəbərlər
Digər xəbərlər