7 C
Baku
Sunday, December 15, 2024

Uçot və Hesabat Şöbəsinə MİS mütəxəssisi – Bank Avrasiya

  • Namizədlər üçün irəli sürülən tələblər:
    • Ali təhsil;

    • Müvafiq sahədə ən azı 2 il iş stajı;

    • SQL Server, Oracle SQL və PL\SQL üzrə biliklər;

    • Visual Studio C# programı ilə işləmə qabiliyyəti;

    • Hazır program kodlarını oxuma qabiliyyəti;
    • MS Office proqramlarını yaxşı səviyyədə bilmək;
    • Azərbaycan və ingilis dillərini yaxşı səviyyədə bilmək;
    • Bank sistemi üzrə hesabatların yazılmasında təcrübəsi;
    • Analitik təhlil bacarığı;
    • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
    • Ünsiyyətqurma və komandada işləmək bacarığı.
  • Vəzifə öhdəlikləri:• Məlumat bazasından istifadə etməklə daxili tələblərə uyğun olaraq hesabat formalarını hazırlamaq;
    • Mərkəzi Banka, Nəzarət Palatasına və digər strukturlara təqdim edilən hesabatların hazırlanmasının avtomatlaşdılmasını təmin etmək;
    • MİS şöbəsinin bankdaxili hesabatlarının hazırlanması üzrə proseslərin maksimum avtomatlaşdırılmasında yeni sifarişləri həyata keçirmək;
    • Rəhbərliyə lazımi məlumatların hazırlayıb təhvil vermək.

Xahiş olunur yalnız “Bank Avrasiya” ASC-nin  CV formasını doldurub [email protected]  ünvanına göndərəsiniz və ya ONLAYN CV doldurasınız.
CV-ni göndərərkən email-ın mövzu hissəsində vakant olan vəzifəni qeyd etməyiniz xahiş olunur, əks halda CV-lər qəbul edilməyəcək.

Son xəbərlər
Digər xəbərlər