26 C
Baku
Tuesday, May 28, 2024

Üçüncü dərəcəli əlilliyi olan şəxslərə vergi güzəşti tətbiq olunurmu?

Üçüncü dərəcəli əlilliyi olan şəxsə hansı vergi güzəşti tətbiq edilir?

Dövlət Vergi Xidmətindən “Banker.az”a bildirilib ki, Vergi Məcəlləsinin 102.3-cü maddəsinə əsasən orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş (müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla), 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin, daimi qulluq tələb edən 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər üçün əməkhaqqından tutulan gəlir vergisi üzrə vergi güzəştinin verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmayıb.

Həmin şəxslər üçün məcburi dövlət sosial sığorta haqqı ödənişləri də ümumi qaydada hesablanır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər