7 C
Baku
Sunday, December 15, 2024

“Üçüncü dünya” ölkələri hansılardır?

Hazırda yoxsul inkişafda olan ölkələri əsas olaraq üçüncü dünya ölkələri adlandırırlar. Lakin ilk olaraq “üçüncü dünya” termini Soyuq müharibədə iştirak etməyən ölkələri adlandırmaq üçün yaradılmışdı. Daha doğrusu bu ölkələr nə “ilk dünyaya” (kapitalist ölkələri və NATO bloku) və “ikinci dünyaya” (sosialist bloku) aid deyildilər.

Soyuq müharibə başa çatdıqda “üçüncü dünyaya” əsasən aşağı ÜDM səviyyəsinə malik ölkələr daxil idi. Lakin zamanla bir çox ölkələr öz inkişafı baxımından “ikinci dünya” ölkələrini belə geridə qoyurlar.

Son xəbərlər
Digər xəbərlər