11 C
Baku
Monday, November 25, 2024

Ucuruma aparan kredit borcları

Savadlı şəxsi maliyyə idarəetməsinin əsas prinsiplərindən biri xərclərin məntiqi şəkildə paylanması və qədərində qənaətcillikdir. Əldə edilmiş tarazlıq sizə ailə büdcəsini ən optimal şəkildə bölüşdürmək imkanı verir, mümkün borclar isə sonda daşınılmaz bir yükə çevrilmir.

İqtisadçılar təcrübəli üsulla orta statistik ailə büdcəsinin gəlirlərinin xərclərə olan “qızıl” nisbətinin müəyyən etmişlər. Optimal xərclər kimi daimi məsrəfləri götürmək olar: icarə haqqı, kommunal xərclər, nəqliyyat məsrəfləri, uşaqların təhsil haqqı və s). Optimal xərclər ümumi ailə gəlirinin 28%-ni ötməli deyil.

Büdcənin digər vacib xərc maddəsi kreditlər üzrə borc məbləğdir. Bura ipoteka ödənişlərini, avto kreditləri, kredit kartlarını və digər ssudaları adi etmək lazımdır. Kreditlər üzrə borcun ümumi məbləği ailənin aylıq gəlirinin 36%-ni üstələməli deyil.

Potensial borcalanların kredit ödəmə qabiliyyətini yoxlayan kredit-maliyyə təşkilatları da analoji yanaşma tətbiq edirlər, onlar aylıq gəlirlərin analoji müddət ərzində edilməli olan məcburi ödənişlərə nisbətini hesablayırlar.

Borcalanlar özləri isə heç də həmişə bellə hesablaşma ilə razı deyillər, çünki bu adətən avtomatik olaraq bankın kredit verməkdən imtinası ilə nəticələnir. Bu məhdudiyyəti aradan qaldırmaq üçün onlar bütün mümkün vasitələrlə öz gəlirlərini bankın qarşısında şişirtməyə çalışırlar. Amma bu zaman çoxları güclərinə müvafiq olmayan və daşınması ağır bir yükə çevriləcək, ailə büdcəsinə ziyan vuracaq borclanma miqdarı haqqında düşünmürlər.

Borc çuxuruna yaxınlaşdığınızı göstərən bəzi əlamətlər bunlardır:

• ən zəruri ehtiyacları ödəmək üçün borc vəsaitindən istifadə;
• borc öhdəlikləri ilə bağlı ödənişlərin gecikdirilməsi (edilməməsi);
• digər borcların qapanması üçün kreditlərdən istifadə və ya köhnə kreditləri yeniləri ilə bağlamaq;
• Götürdüyünü kreditlər ödədiklərinizdən daha çoxdur;
• “Hamıdan geri qalmamaq üçün” bahalı əşyalar almaq məqsədi ilə götürülən kreditlər;
• Pulsuzluq səbəbindən yaranan vaxtı keçmiş, ödəməli olduğunuz hesablar

Son xəbərlər
Digər xəbərlər