Adətən ucuz aviabiletlər bizim üçün çox cəlbedici görünürlər. Lakin adətən belə bir tarifdə ilk baxışdannəzərə çarpmayan bir sıra məhdudiyyətlər aşkar olunur. Ən aşağı qiymətə bilet alanda nələrə diqqət yetirməliyik və bu seçim kimlərə uyğun gəlir?
Yadda saxlamaq vacibdir ki, ucuz bilet alaraq sərnişin bir sıra imkanlardan yararlana bilmir və müəyyən məhdudiyyətlərlə üzləşir.
1. Çox vaxt ucuz aviabiletlər geri qaytarılmır
Ucuz aviabiletlər yalnız o halda qaytarılır ki, sərnişin sağlamlıqla bağlı olan problemlərə görə səyahət edə bilməsin. Səyahət üçün viza almamış sərnişinlərə də adətən güzəştə gedirlər. Əslində, bəzən standart qiymətə aldığınız biletlər belə geri qaytarılmaya bilər – bütün şərtləri diqqətlə nəzərdə keçirmək lazımdır.
2. Baqaja görə əlavə ödəniş etməli olacaqsınız
Üstünüzdə götürdüyünüz yük müəyyən olunmuş normadan ağırdırsa, əlavə ödəniş etməli olacaqsınız. Adətən ayrı-ayrı aviaşirkətlərin müəyyən etdiyi normalar fərqli olur. Əgər bir təyyarədən digər təyyarəyə keçid etməli olacaqsınızsa, bu məqamı nəzərinizdə saxlayın.
Ucuz biletlər çox vaxt kiçik hava limanlarına olan reysləri təşkil edir – adətən şəhərdən uzaq. Nəticədə, şəhərə çatmaq üçün əlavə xərc çəkməli olacaqsınız və qənaətinizin heç bir mənası olmayacaq.
4. Reysdən reysə keçidlərin rahat olmaması
Digər bir moment – narahat keçidlər. Çox vaxt ucuz tariflər uzun keçidləri nəzərdə tutur. Belə bileti almaqla, çox güman ki, uçuşdan sonra çox yorğun və halsız olacaqsınız.
5. Xidmətə görə əlavə xərclər
Adətən ucuz tariflər bir sıra məhdudiyyətlərin olmasını nəzərdə tutur. Onlara təkcə baqajın ağırlığı yox, yer seçimi və ya qida xidmətləri kimi nüanslar da daxildir. Əgər bu xidmətlər sizin üçün vacibdirsə, onları bilet alan zaman ödəməyiniz məqsədəuyğundur.
6. Biletlər kimin üçün uyğundur
Baqajsız biletlərin bron edilməsində 15-35 yaş qrupuna daxil olan sərnişinlərin payı 51% təşkil edir, 50-dən yuxarı yaşda olan sərnişinlərin payı isə 40%-dır. Baqajsız tariflər ailə istirahəti, uşaqlı turistlər və iş ilə bağlı 1-3 günlük xarici ölkəyə gedənlər üçün daha əlverişlidir.
Əgər suvenir və ya digər xatirə əşyalarını almaq fikriniz yoxdursa, baqaja görə əlavə yükə görə xərc çəkməli olmayacaqsınız. Əgər qənaət etmək istəyirsinizsə, gedərkən baqajsız, qayıdarkən isə baqajlı bilet ala bilərsiniz.
Baqajsız tariflər təkcə loukoster şirkətlərdə deyil, eyni zamanda daha böyük aviaşirkətlərdə də olur. Mütəxəssislərin fikrincə, standart aviabiletləri baza komplektasiyasında olan avtomobil ilə müqayisə etmək olar: siz oturacağın qızdırılması və ya korpusun rəngi kimi əlavə imkanları əldə edə bilərsiniz. Amma bu maşını belə də sürə bilərsiniz. Bu nöqtəyə nəzərən baza tarifi hər kəsə üçün uyğun gəlir.