-1 C
Baku
Sunday, December 15, 2024

Ucuz məhsulu niyə baha alırıq

İnsanlar öz istədikləri məişət əşyalarını və ya özlərinə lazım olan mobil telefon və digər elektronika mallarını əldə etmək üçün müəyyən qədər aylıq gəlirlərindən ayıraraq, kənarda toplayırlar. Bu toplanan pullar həmin malın dəyəri etdikdə isə gedib özlərinə istədikləri malları alırlar. Lakin bəzən isə çox təcili lazım olduğundan insanlar banklara üz tutaraq, istehlak kreditləri vasitəsi ilə nağd pul əldə edərək istədikləri məhsulları tez bir zamanda almaq imkanından istifadə edir.

Amma bu həmişə belə olmur, yəni banklar iş yerindən arayış istədiklərindən və müştərinin rəsmi gəlirləri olmadığı üçün onlar banklardan pul götürə bilmirlər, bu halda isə onlar mağazalara üz tutular. Bəzi mağazalarda müəyyən aldadıcı reklamlar qoyaraq  müştəriləri cəlb edirlər. Belə ki, ilkin ödənişsiz, faizsiz, arayışsız, 12 ay müddətinə kredit şərtləri ilə tək şəxsiyyət vəsiqəsi ilə – məhsul almaq imkanları barədə hər gün eşidir və ya oxuyuruq. Bu zaman insanlar malın üzərində olan qiymətlərə baxırlar və həmin məbləği 12 hissə kimi hesablayıb, tez bir zamanda almaq istəyirlər. Bunu misalla izah edək.

Məsələn müştəri brend mobil telefon olan XXX məhsulunu istəyir. Bu mobil telefon son zamanlar ən çox üstünlük verilən mobil telefon modellərindəndir. Müştəri isə bu telefona bir dəfəyə imkanı çatmadığı üçün hissə-hissə almağa razı olurlar. Qiyməti isə şərti olaraq 600 AZN götürək.

Bu zaman müştəri belə fikirləşir ki, əgər ilkin ödəniş yoxdursa, məhsulun dəyəri 12 ay müddətinə faizsiz ödənilirsə, onda aylıq ödəniş 600/12 = 50 AZN olacaq və bu məbləği vermək müştəri üçün çətin olmadığından bunu almaq istəyir.

Müştəri satıcıya bu telefonu reklamın şərtlərinə uyğun olaraq almaq istədiyini bildirdikdə isə satıcı birmənalı olaraq deyir ki, həmin qiymətlə kredit rəsmiləşdirilmir, yəni 600 AZN nağd satış qiymətidir.

Reklama uyğun olaraq almaq istəyirsinizsə 20% əlavə komissiya hesablanır yəni 600+20%=720 AZN ilə kredit rəsmiləşdirilir. Müştəri bununla razılaşandan sonra satıcı digər xərclərində mövcud olduğunu bildirir, yəni bu xərclərə komissiya və sığorta xərcləri də daxildir.

Komissiya uyğun olaraq 5% və sığorta xərci isə 1000 AZN-ə qədər olan məbləğlərdə kimi 40 AZN olur. Bu halda müştəri 5% komissiya haqqını ödədikdən sonra əlavə olaraq 40 AZN sığorta haqqını ödəyir və əlavə olaraq mala qızıl zəmanət verildiyindən söylənilir ki, əlavə 40 AZN qiymətə daxil olunacaq. Səbəb kimi sizə qızıl zəmanət verilir yəni kredit 720 azn yox 720+40 = 760 AZN rəsmiləşdiriləcək və illik faiz dərəcəsi 30% olmaqla YYY banka ödənişlər olacaq. Bu halda 12 ay müddətinə 30 % illik 760 AZN krediti hesabladıqda isə aylıq ödənişlər 74,10 AZN təşkil edəcək yekunda isə 74,10 AZN*12ay =  889,20 AZN ödəmiş olacağıq .

Yekunda isə biz 600 AZN satışda qoyulmuş məhsul bizə  129,10+40+40+120= 339,10 AZN baha başa gəlmiş olur lakin biz o məhsulu nağd pulla alsaydıq 600 AZN qiymətindən minimum 5% endirim etmişdə ola biləcəkdik, yəni 570 AZN həmin məhsulu almış olacaqdıq. Bu halda isə bizim faizsiz illik ödənişsiz ilə aldanın aldığımız məhsul bizə 60% baha başa gələcək.

Bu səbəbdən mağazalarda verilən reklamlara aldanmayın bütün xərclərinizi öyrənin və hansı məbləğdə sizə kredit rəsmiləşdiriləcək onu dəqiqləşdirin. Sonra öz yekun qərarınızı verin. Arzu edirik ki həmişə  pulunuz olsun və istədiyiniz malları nağd alasınız.

Son xəbərlər
Digər xəbərlər