7 C
Baku
Thursday, December 12, 2024

Ucuz yanacaq tapıldı

Los Alamos Milli Laboratoriyası və Yaponiyanın Qabaqcıl Sənayə, Elm və Texnologiya İnstitutunun tədqiqat qrupu polimer əsaslı ucuz yanacaq əldə edib. Trend xarici KİV-ə istinadən məlumat verir ki, fosfat-dördüncü ammonium ion-cütündən hazırlanmış bu yanacaq elementleri 80 və 200 selsi dərəcə temperaturda suyun təsiri olmadan hərəkət edə bilir. Tədqiqat qrupu müəyyən edib ki, reaksiya zamanı fosfat-dördüncü ammonium ion-cütü proton daşınmasına suya nisbətən daha güclü təsir göstərə bilir. Nəticədə davamlı, effektiv və daha ucuz yanacaq hazırlamaq mümkün olur.

Qeyd edək ki, Los-Alamos laboratoriyası 1970-ci ildən yanacaq elementlərinin tədqiqatı üzrə liderdir. Yeni tədqiqat ölkənin enerji təhlükəsizliyinə, aşağı neft istehlakı ilə ətraf mühit və iqtisadiyyata kifayət qədər öz töhfəsini verə bilər.

Son xəbərlər
Digər xəbərlər