Foreksdə fundamental analiz
Ümum Daxili Məhsul (ÜDM, ingiliscə GDP, Gross Domestic Product)) – tədqiq edilən dövr ərzində ölkə ərazisində iqtisadiyyatın bütün sahələrində istehlak, ixrac və ya toplama məqsədi ilə istehsal edilmiş və istifadə olunan istehsal faktorlarının milli mənsubiyyətindən asılı olmayaraq bütün yekun xidmət və məhsulların (yəni bilavasitə istehlak üçün nəzərdə tutulmuş) bazar dəyəridir
Əksər hallarda ÜD “iqtisadiyyat” sözünün sinonimi kimi istifadə olunur, çünki o, ölkədə iqtisadi fəaliyyətin miqyasını əks etdirir.
ÜDM milli iqtisadiyyatın başlıca göstəricisidir. ÜDM göstəricisi ölkənin hökumətinin pul-kredit siyasətinə və fond indekslərinə əhəmiyyətli dərəcədə təsir göstərir.
Nominal ÜDM –cari qiymətlərlə ölçülür
Real ÜDM – baza ilinin qiymətlərində ifadə olunur.
Müqayisə və analiz real ÜDM istifadə olunur, hansından ki, ölkədəki qiymət səviyyəsinin dəyişikliyinin təsiri xaric edilmişdir. Amma valyuta məzənnələrinin güclü tərəddüdləri zamanı hökumət və mərkəzi bank Ümum daxili məhsul olun nominal artımına oriyentasiya olunur. Onlar kursun zəiflətməyə çalışaraq, nominal ifadədə artımı dəstəkləyir ki, bu da öz növbəsində istehsal və istehlaka stimullaşdırıcı təsir göstərir.
Ölkənin rəsmi məlumatları ictimaiyyətə açıqlandıqda, ÜDM göstəricisi milli valyuta ilə ölçülür, amma məlumatlar Beynəlxalq Valyuta Fondu, dünya Bankı və ya digər beynəlxalq təşkilat tərəfindən dərc olunursa ÜDM bir qayda olaraq, ABŞ dolları ilə ifadə olunur.
ÜDM-in hesablanmasında ən geniş yayılmış metod aşağıdakıdır:
ÜDM = İstehlak + İnvestisiya + Dövlət xərcləri + (İxrac – İdxal)
ÜDM-in ilk qiymətləndirilməsi ilə XX əsrdə amerikan iqtisadiyyatçısı Saymon Kuznets məşğul olmuşdur. Həmişə olduğu kimi iqtisadiyyatda dirçəlişdən öncə ciddi problemlər baş verir. Elə həmin zamanda ÜDM-in tərtibi və onun dinamikası Böyük Depressiya illərində 1937-ci ilə qədər nələr baş verməsini bilmək zərurəti ilə şərtlənirdi. Həmin depressiya illəri 1929-1935-ci illəri əhatə edirdi.
İndi ÜDM parketlərinin hesablanması və dərc edilməsi daha sürətlə baş verir. İnkişaf etmiş ölkələr ilk ÜDM qiymətlərini növbəti rübün başa çatmasından öncə dərc edirlər. ABŞ-a gəldikdə isə bir ilk rübün nəticələrini növbəti rübün başa çatmasından üç həftə sonra əldə edirik.
Baxmayaraq ki, ÜDM ölkədəki makro iqtisadi situasiyanın başlıca göstəricilərindən biridir, bu göstəricinin dərc olunmasının bazara göstərdiyi təsir də məhduddur. Bu, onunla əlaqədardır ki, göstəricinin hesablanmasında iştirak edən komponentləri daha öncədən əldə etmək olur, bu isə ÜDM-in cari qiymətini kifayət qədər dəqiqliklə proqnoz etməyə imkan verir. Bu zaman bazar iştirakçıları əsas diqqətlərini ÜDM-in bundan öncəki rübdə qeydə alına göstəriciyə nisbətən və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə yüksəlməsi və ya enməsi dinamikasına yönəldirlər.
Beynəlxalq Valyuta Fondu (2012, ÜDM siyahısı)109
Sıra |
Ölkə |
ÜDM |
Sıra |
Ölkə |
ÜDM |
1 |
ABŞ |
15,684,750 |
14 |
Meksika |
1,177,116 |
2 |
Çin |
8,227,037 |
15 |
Cənubi Koreya |
1,155,872 |
3 |
Yaponiya |
5,963,969 |
16 |
İndoneziya |
878,198 |
4 |
Almaniya |
3,400,579 |
17 |
Türkiyə |
794,468 |
5 |
Fransa |
2,608,699 |
18 |
Niderland |
773,116 |
6 |
Birləşmiş Krallıq |
2,440,505 |
19 |
Səudiyyə ərəbistanı |
727,307 |
7 |
Braziliya |
2,395,968 |
20 |
İsveçrə |
632,400 |
8 |
Rusiya |
2,021,960 |
21 |
İran |
548,895 |
9 |
İtaliya |
2,014,079 |
22 |
İsveç |
526,192 |
10 |
Hindistan |
1,824,832 |
23 |
Norveç |
501,101 |
11 |
Kanada |
1,819,081 |
24 |
Polşa |
487,674 |
12 |
Avstraliya |
1,541,797 |
25 |
Belçika |
484,692 |
13 |
İspaniya |
1,352,057 |
Avropa İttifaqı |
16,641,109 |