23 C
Baku
Friday, April 26, 2024

ÜDM-un göstəriciləri devalvasiyadan sonra 8 mlrd. artıb – rəqəmlər

2018-ci ilin yanvar-may aylarında ölkənin ümumi daxili məhsulu (ÜDM) əvvəlki ilin eyni dövrünə nisbətən 1,1% artaraq 29,3 mln. manata çatıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.

Ümumiyyətlə tarixə baxsaq 2014-cü ilin eyni ayında bu göstərici 25 mlrd. manat (həmin vaxtın məzənnəsi ilə, 31,9 ABŞ dolları) 2015-ci ildə 21,3 manat, 2016-cı ildə isə 21,5 mlrd.  manat və 2017-ci ildə isə 25,3 mlrd. manat olub. Bu da devalvasiya baş verdiyi ildən bu tərəfə 8 mlr. manat artımın olmasıdır.

ÜDM istehsalının 48,8%-i sənayedə, 9,9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 6,7%-i tikintidə, 6,1%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6%-i informasiya və rabitə sahələrində, 13,8%-i digər sahələrdə istehsal edilmiş, məhsula və idxala xalis vergilər isə ÜDM-in 7,0%-ini təşkil etıb.
Əvvəlki ilin müvafiq dövrünə nisbətən iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyər istehsalı 1,9% artmış, neft sektorunda isə eyni səviyyədə qalıb.
Əhalinin hər nəfərinə düşən ÜDM 2991,1 manata bərabər olub.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər