26 C
Baku
Saturday, July 27, 2024

ÜDM-in yanvar-sentyabr aylarına olan göstəriciləri açıqlandı

Dövlət Statistika Komitəsi 2017-ci ilin yanvar-sentyabr aylarına Ümumi Daxili Məhsul (ÜDM) istehsalına dair açıqlama verib.

Banker.az-a daxil olan məlumata görə, 2017-ci ilin doqquz ayında ölkə rezidentləri tərəfindən 50067,3 milyon manat və ya əhalinin hər nəfərinə 5149,4 manat məbləğində ümumi daxili məhsul istehsal edilmişdir.

Bu dövrdə neft sektorunda əlavə dəyər istehsalı 6,5 faiz azalmış, iqtisadiyyatın qeyri-neft sektorunda isə 2,5 faiz, o cümlədən informasiya və rabitə sahələrində 6,2 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 5,8 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 3,2 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 2,8 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,1 faiz, tikintidə 1,5 faiz artım müşahidə olunmuşdur. Eyni zamanda, qeyri-neft sənayesində məhsul istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,1 faiz, bu sahədə yaradılmış əlavə dəyər isə 3,7 faiz artmışdır.

Son xəbərlər
Digər xəbərlər