16 C
Baku
Thursday, April 25, 2024

Uduşlardan gəlir əldə edən fiziki şəxs vergi bəyannaməsi təqdim etmir

Bu il yanvarın 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, idman mərc oyunları üzrə uduşlardan əldə olunan gəlirin ödəmə mənbəyində vergiyə cəlb edilməsi nəzərdə tutulub.

Banker.az Vergilər.az saytına istinadla xəbər verir ki, “Bədən tərbiyəsi və idman haqqında” Qanunun 54-cü maddəsinə əsasən, bədən tərbiyəsi və idman dövlət büdcəsindən ayrılan, bu sahə üzrə tədbirlərin təşkilindən əldə olunan, idman lotereyasının, idman mərc oyunlarının keçirilməsindən daxil olan vəsaitlər, fiziki və hüquqi şəxslərin ianələri hesabına və qanunvericiliklə qadağan olunmayan digər mənbələrdən maliyyələşdirilir. İndiyədək isə bu sahədən vergilər yalnız operator və satıcıları əhatə edirdi.

Qanunvericiliyə görə, idman mərc oyunlarında uduşlardan gəlir əldə etmiş şəxslər gəlir vergisi ödədikləri halda, onların vergi bəyannamələri təqdim etmələrinə ehtiyac yoxdur. Mövcud qanunvericiliyə əsasən, uduş əldə edən şəxsin vergisini oyunu keçirən operator özü rəsmiləşdirməlidir. Uduşu qazanmış şəxsdən 10 faiz dərəcəsi ilə vergi tutan operator özü vergi bəyannaməsini vergi orqanına təqdim edərkən həmin uduş məbləğləri ilə bağlı məlumatları da bəyan edir. Ona görə də gəlir əldə edən fiziki şəxsin vergi orqanında uçota alınması və bəyannamə təqdim etmək öhdəliyi yaranmır.

Həmin şəxs vergi ödənişləri ilə bağlı sənədləşmə işlərində yaranan problemlərə görə də məsuliyyət daşımır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər