Sosial şəbəkələrdə “PashaPay” şirkətinin məhsulu olan “m10” elektron pulqabısı adından saxta uduşlu lotereyaların keçirilməsi ilə əlaqədar reklamlar paylaşılır.
Banker.az Elektron Təhlükəsizlik Xidmətinin məlumatına istinadən xəbər verir ki, vətəndaşlardan lotereyada iştirak etmək üçün “m10hediyye.com” adlı saxta veb səhifəyə daxil olaraq mobil nömrələrini, daha sonra isə nömrəyə göndərilən təsdiq kodunu yazmaları tələb olunur.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə reklamlara etimad etməməyi və hər hansı şirkətin həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda, ilk növbədə, həmin şirkətlə əlaqə saxlamağı və yaxud şirkətin rəsmi veb-saytına daxil olaraq məlumatı dəqiqləşdirmələri tövsiyə olunur.
Həmçinin mobil nömrənizə göndərilən təhlükəsizlik kodunu heç kəslə paylaşmayın və şübhəli keçidlər vasitəsilə daxil etməyin.