UEFA mətbuat konfranslarında sponsorların içkilərinə toxunmağı qadağan edib

UEFA-nın tədbir direktoru Martin Kallen futbolçulara Avropa çempionatı zamanı rəsmi mətbuat konfranslarında sponsor içkilərinə toxunmağı qadağan edib.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“Bu vacibdir, çünki sponsor gəliri turnir və Avropa futbolu üçün böyük əhəmiyyət kəsb edir”, – deyə cənab Kallen söyləyib. Onun sözlərinə görə, təşkilat bu mövzuda komandalarla artıq danışıb. Kallen bu kimi hərəkətlərə görə futbolçuları cərimələmək fikrincə olmadığını da əlavə edib.

“Qeyd edək ki, sponsorlarla əlaqəli müqavilə öhdəlikləri Avropa oyunlarının qaydalarının bir hissəsidir. UEFA-nın oyunçuları cəzalandırmaq niyyəti yoxdur”,- deyə Kallen bildirib.

Xatırladaq ki, 14 iyunda Portuqaliya futbol komandasının oyunçusu Ronaldu tədbir zamanı reklam məqsədilə onun qarşısına qoyulan “Coca-Cola” içkisinin butulkasını özündən kənarlaşdırıb.

Eyni zamanda içində adi suyun olduğu butulkanı əlinə götürərək onu yuxarı qaldırıb və jurnalistlər, kameralar qarşısında nümayişkaranə şəkildə yelləyib. Bu, “Coca-Cola” şirkətinin kapitallaşmasının 5 milyard dollar düşməsinə səbəb olub.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.