UEFA-nın sabiq prezidenti Mişel Platini həbs olunub.
Fransalı funksioner 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatı ilə bağlı korrupsiya araşdırmaları çərçivəsində Parisdə saxlanılıb. O, hazırda Nanterra polis şöbəsində göz altındadır.
Platini 2010-cu ildə keçirilmiş səsvermənin nəticələrinin mümkün saxtalaşdırılması prosesində iştirakda şübhəli bilinir.
Qeyd edək ki, Mişel Platini 2007 – 2015-ci illərdə rəhbərlik edib. 2015-ci il oktyabrın 8-də FIFA Etika Komitəsinin Arbitraj Palatası onu 90 gün müddətinə vəzifəsindən kənarlaşdırıb. Dekabrın 21-də isə Platini 8 il müddətinə diskvalifikasiyaya məruz qalıb. Lakin 2016-cı ilin mayında cəza 4 ilə enib.