Uğur əmək deməkdir

Günlərin bir günü tələbə öz müəllimindən soruşur:

– Müəllim, uğurda baxtin payı nə qədərdir?

– Sən bəxt dedikdə nə anlayırsan? – deyə müəllim maraqlanır.

Tələbə fikirləşərək cavab verir:

– Məsələn, satıcı müştəriyə müraciət edir və məlum olur ki, onun mütəmadi olaraq istifadə etdiyi məhsulu qurtarıb. Mən də həmin məhsulu satıram. Müştərinin daimi təchizatçısı isə hər hansısa səbəbdən ötrü təcili olaraq müştərini həmin məhsulla təmin edə bilmir. Beləliklə, mən yeni müştəri əldə edirəm.

Və yaxud, digər bir misal, mən qonaq gedirəm və qonaqlıqda müəssisələrdə alış-veriş proseslərinə nəzarət edən şəxslə tanış oluram. Onun cavabdeh olduğu müəssisə ilə isə mən uzun zamandır ki, əməkdaşlıq etmək istəyirdim.

Müəllim bir neçə dəqiqədən sonra cavab verir:

– Bilmirəm fikir vermisən ya yox, amma sənin bəxtləri gətirdiklərini hesab etdiyin şəxslər başqalarından daha çox çalışırlar. Onlar müştərini qazanmaq üçün hər kəsdən daha çox onlara müraciət edirlər və əməkdaşlıq etmək istədikləri insanları görmək üçün onların ola biləcək yerlərə daha tez- tez gedirlər.

Daha sonra isə müəllim əlavə edir:

 – Uğur ilk növbədə əmək deməkdir.