-1 C
Baku
Sunday, December 15, 2024

Uğur deyil, müvəffəqiyyət qazanın

— Mən heç zaman insanlara uğur arzulamıram, mən həmişə onlara müvəffəqiyyət diləyirəm.

Uğur – havayıdır bu elə bir rifahdır ki, biz onun həyatımızda baş verməsinə ümid edirik, amma öz tərəfimizdən bundan ötrü heç bir zəhmət sərf etmək, səy göstərmək istəmirik, yəni heç bir əziyyət çəkmədən uğur gözləyirik. Hər hansı bir təsadüf, lotereya uduşu, gözlənilməz görüş, taleyin hədiyyəsi, inanılmaz təklif və s. İnsanlar bir-birinə uğur arzulayır və qarşılığında uğur gözləyirlər. Bu çox gözəldir, amma onun gəlib-gəlməyəcəyi bu halda bütünlükdə yalnız təsadüfdən asılı olur.

Mən insanlar üçün xoş olan təsadüflərə müsbət yanaşıram, amma öz təcrübəmdən deyə bilərəm ki, təsadüflər və uğur  – bütün bunlar bizin hərəkətlərin, bizin investisiyaların, bizim səylərin nəticəsidir. Düzdür, bu əlaqə heç də həmişə bilavasitə görünmür. Amma əgər insan heç nə etmirsə və sadəcə oturub uğuru gözləyirsə, onda uğurun gəlməsi ehtimalları azalır.

Müvəffəqiyyət isə, əgər biz insanın qarşısına qoymuş olduğu hədəfi biliriksə, ondan onun müvəffəqiyyətini də ölçə bilirik. Sözün kökündə görünür ki, müvəffəqiyyət – müvəffəq olmaq,( nail olmaq, qazanmaq sözündən ələ gəlir). Yəni onun baş verməsi üçün bizim hərəkətdə olmağınız zəruridir.

Müvəffəqiyyəti hamı üçün eyni olacaq bir çərçivəyə salmaq və meyarlarla xarakterizə etmək lazım deyil,  o hamımı üçün  ümumi və eyni ola bilməz.

Bir cərrah üçün müvəffəqiyyət odur ki – qeyri mümkün və riskli hesab edilən bir əməliyyat onun tərəfindən mütəmadi olaraq həyata keçirilir və insanlar bunun nəticəsində sağalır . Bu zaman onun üçmərtəbəli villada yaşaması və ya Porsche Cayenne avtomobilində gəzməsi heç bir əhəmiyyət daşımır.  Peşəkar ortamda artıq müvəffəqiyyətli bir insan kimi tanınır və bu çox gözəldir. Əlbəttə əgər bu yüksək səviyyəli peşəkarın qazancları xərcini ödəməyə kifayət etmirsə, bu çox dəhşətlidir. Təbii ki, əgər o uşaqlarının yaşına uyğun ən elementar əşyaları alıb, onlara sevinc bəxş edə bilməyəndə və öz gözlərini gizlətməyə məcbur qalanda bu onun üçün ağırdır.

Son xəbərlər
Digər xəbərlər