23 C
Baku
Sunday, October 6, 2024

Uğur psixologiyası

Tanınmış psixoloq Vaysman kiçik bir eksperiment keçirmişdi.Məşhur qəzet və jurnallarda böyük bir elan yerləşdirdi. Bu elanda “hər işdə bəxti gətirən” və “bütün işləri uğursuz” olan iki kateqoriya insanları axtardığını bildirdi. Bir neçə il ərzində o 400-dən çox adamı bu eksperimentdən keçirdi. Eksperimentdə 18 yaşlı tələbədən 84 yaşlı cərraha qədər müxtəlif insanlar iştirak etmişdi.

Uğurlu və uğursuz adamlara nümunə olaraq  o iki nəfərin həyatını açıqlamışdı. Birincisi,uğurlu tibbi ekspert 42 yaşlı Cesika idi. Onun sözlərinə görə -istədiyi işdə işləyirdi,əri onu çox sevirdi,iki sevimli balası var idi,həyatında demək olar ki,heç bir problemlə üzləşməmişdi.

Onun tam əksi olan 34 yaşlı Karolaynın həyatı isə tamam fərqli idi.Bircə həftənin içində yol ilə gedərkən ayağı ilişib və burxulub,yıxılarkən belini əzib və bir neçə gün əvvəl sürücülük vəsiqəsi imtahanında maşını ağaca vurub.Dediyinə görə həyatı boyu bir neçə dəfə sevib,amma hamısı qarşılıqsız.Onun xoşuna gələn kişilərin heç biri ona maraq göstərməyib.

Uzun təcrübədən sonra Vaysman qərara gəldi ki,uğursuz adamlar öz səhv düşüncələri və daim başlarına pis şey gələcək fikirlərilə bu bəladan qurtula bilmir və nə qədər çox bunu düşünürlərsə bir o qədər də problemləri artır.

Bunu sübut etmək üçün təcrübədən keçən adamlara belə bir tapşırıq verir.Hərənin masasına eyni qəzeti qoyub deyir.”İndi isə sizə vaxt verirəm,qəzetdəki bütün şəkillərin sayını hesablayın.Bu qəzetdə neçə dənə şəkil var?”

Qəzetdə 43 şəkil var idi.Bədbəxt və uğursuz adamların bu şəkilləri saymasına orta hesabla iki dəqiqə lazım oldu.Uğurlu adamlar isə bu sualın cavabını iki saniyəyə bütün şəkilləri saya bildilər,axı onlara bir dəqiqədən çox vaxt vaxt lazım olmuşdu.

Cavab isə çox sadə idi.Sadəcə,qəzetin ikinci səhifəsində böyük hərflərlə yazılmışdı:”Bəsdir saydız,qəzetdə 43 şəkil var”.

Bu yazı gözə girirdi,amma uğursuz adamlar,sadəcə,onu görə bilmirdilər.Yan keçirdilər.Şəkilləri gec hesablayacaqlarından qorxduqları üçün bütün fikirlərini ancaq şəkil saymağa yönəldir və üzdə olan sadə şansı hiss etmirdilər.

Son xəbərlər
Digər xəbərlər