11 C
Baku
Friday, October 25, 2024

Uğur qazanmış insanların həyat prinsipləri: Mark Zuckerberg

Milyardlarla insanın sənin yaratdığın məhsuldan istifadə etməsi yəqin ki, qeyri-adi hissdir.

Bu hissi ən yaxşı Mark Tsugerberg anlaya bilər. Bu məqalədə onun ən yaradıcı həyat prinsipləri ilə tanış ola bilərsiniz:

İş

Təbii ki, ilk olaraq işdən başlamaq lazımdır və Mark Tsugerberg zamanının böyük hissəsini məhz işə ayırır. Onun əməkdaşlarından biri olan Li Bayron ofisdə Markla qonşudur və o Markın işdə nə qədər çox vaxt keçirdiyindən danışıb:

“Hər səhər mən işə gəldikdə Mark artıq öz otağında olur. O nahar fasiləsinə çıxmadan işləyir və ofisdə demək olar ki, həftənin 5 günü 9-10 saat keçirir. Biz geniş miqyaslı layihələr üzərində çalışdıqda bir çox əməkdaşlar həftə sonlarını da işləyirlər. Markın da onlarla birgə işlədiyini deməyə ehtiyac varmı?”.

mark-zuckerberg1

Pullara münasibət

Mark bu yaxınlarda 7 milyon dollara kifayət qədər bahalı mənzil almış və oraya köçmüşdür. Bu günə qədər isə o Palo Altoda sadə bir evi icarəyə götürmüşdü. Onun ən çox sevdiyi avtomobili isə Acura TSX-dir.

Sərvəti milyard dollarlarla ölçülən bir şəxsin öz evi, geyimi və avtomobili ilə hər kiməsə nəyisə ssübut etməyə ehtiyacı yoxdur. Geyimə gəldikdə isə, onun daim geyindiyi boz köynək artıq əfsanəyə çevrilib.

İdman və qidaya münasibət

Tsugerberg həftədə 5 dəfə idman zalında peşəkar məşqçi ilə məşq edir. Qidaya gəldikdə isə burada da o eyni ciddiliyə riayət edir. O çox nadir hallarda bahalı restoranlara gedir və əsas olaraq ev yeməklərinə üstünlük verir.

Bəs siz Mark Tsugerbergin həyat tərzi barədə nə düşünürsünüz? Milyon dollarlara sahib olsaydınız onları sağa-sola xərcləyərdinizmi?

Son xəbərlər
Digər xəbərlər