Hər hansı bir sahədə uğura nail olmaq üçün buna 10 000 saat xərcləmək lazımdır.
İnsanların dahi olaraq doğulmayaraq, sonradan dahi olduqları barədə olan bu maraqlı nəzəriyyəni jurnalist və sosioloq Malcolm Gladwell öz “Dahilər və outsiderlər” kitabında nəşr etmişdir. Psixoloq Anders Eriksononın işlərinə əsaslanaraq o bir çox əfsanəvi şəxsiyyətlərin və şirkətlərin uğur tarixini tədqiq etmiş və onu “10 000 saat qaydası” adlandırmışdır.
Kitabda deyilir: “Söhbətin hansı sahədən getməsindən asılı olmayaraq, yüksək bacarıq dərəcəsinə sahib olmaq üçün 10 000 saat təcrübə tələb olunur. Burada tədqiqat obyekti kimi bəstəkarlar, basketbolçular, yazıçılar, pianoçular, şahmatçılar və s.lər çıxış etmişlər və onlar arasında bu rəqəm inanılmaz dərəcədə uyğunluq təşkil etmişdir. 10 000 saat 10 il ərzində təxminən gün ərzində 3 saat və yaxud həftədə 20 saat təcrübəyə bərabərdir. Elə təəssürat yaranır ki, bütün lazımi məlumatı mənimsəmək üçün beyinə məhz bu qədər zaman tələb olunur”.
Aşağıda nümunə olaraq Motsart, “The Beatles”, Bill Gates, Bobbi Fişer və digərlərinin uğurları göstərilmişdir:
- Motsart dahiyanə hesab edilən ilk konsertini sərbəst şəkildə (atasının köməyi olmadan) 21 yaşı olduqda yazmışdı. Bu zamana qədər artıq 10 il idi ki, o musiqi bəstələyirdi.
- Həmçinin yaxşı şahmatçı olmaq üçün də təxminən 10 il tələb edilir. Yalnızca əfsanəvi Bobbi Fişer bu şərəfə bir qədər tez nail olmuşdu: bunun üçün ona 9 il tələb olunmuşdu.
- Hesablamalara görə Bill Gatesə uğura nail olmadan öncə kompüter proqramlaşdırması üçün 10 000 saat tələb olunmuşdu.
- “The Beatles” qrupu 1964-cü ilin fevralında ABŞ-a gəlir və sonradan böyük məşhurluq qazanan bir sıra hitlər ərsəyə gətirir. Qrupun yaradılmasından dünyaca məşhur belə hitlərin yaradılması arasında 10 il vaxt var.
Malcolm Gladwell əmin edir ki, uğurun açar faktoru nə yüksək istedad nə də yüksək IQ dərəcəsi deyil. Burada bizi əhatə edən insanlar və mühit də böyük rol oynayır. Nə dahi alimlər, nə məşhur musiqiçilər, nə də professional idmançılar təklikdə və ümumiyyətlə pulsuz uğura nail olmaq iqtidarında deyillər.
Beləliklə, 10 000 saat və yaxud 5 il tam iş günü – böyük bacarığa sahib olmaq üçün sehirli bir rəqəmdir. İstəyirsiniz inanın, istəyirsiniz şəxsi təcrübədə sınaqdan keçirin.